BAKI, 3 mart. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə latviyalı həmkarı Baiba Braje arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər arasında Yaxın Şərqdə mövcud hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.

Vəziyyətin daha da kəskinləşməsinin geniş coğrafiyada təhlükəsizlik üçün risklər yaratdığı qeyd edilib. Münaqişələrin diplomatik vasitələrlə həllinin və dialoqun vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun intensivləşdirilməsini, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini məmnunluqla vurğulayıblar.

Bununla yanaşı, digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

18:31

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braje ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Bayba Braje sosial media hesabında paylaşım edib.

Danışıqlar zamanı Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti, ikitərəfli əlaqələr və regional inkişaf müzakirə olunub.

Latviya XİN rəhbəri Azərbaycanın regionda sabitliyin təmin olunması və mülki şəxslərin qorunması istiqamətində konstruktiv səylərinə görə təşəkkürünü bildirib.