BAKI, 2 mart. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman sosial media hesabında etdiyi paylaşımla bu vəzifəyə təyin olunmasından şərəf duyduğunu bildirib.

Teleqraf xəbər verir ki, diplomat iki ölkə arasındakı münasibətləri dərinləşdirmək niyyətində olduğunu vurğulayıb.

"Böyük Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmağımdan şərəf duyuram!

Tərəfdaşlığımızı dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin möhkəm təməli üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm", - o qeyd edib.