BAKI, 1 mart. TELEQRAF

Bu gün "Gündəlik Teleqraf" MMC-yə daxil olan Publika.az saytının 14 yaşı tamam olur.

Publika.az 2012-ci ilin martın 1-də portal kimi fəaliyyətə başlayıb.

Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, videmüsahibə, videoreportajlar, həmçinin oxucunu maraqlandıran layihələr yer alır.

Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.

Portal özündə bir neçə bölməni birləşdirir. Nida.az, Qırmızı.az, Stringer.az, Tabloid.az, Bilgi.az, Ekopublika.az, Rəsmi xronika, Dünya, Maraqlı, Mistika, İdman, Layihələr bölmələrinin hər biri alt qruplardan ibarətdir. Portalda ayrıca olaraq “Bitmiş layihələr” bölməsi də var. Bu bölmədə indiyə qədər yayımlanmış, hazırda dayandırılan layihələr toplanıb. Oxucu özünə maraqlı olan layihələri buradan tapa bilər.

Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.

Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın ilk gündən əsas hədəfi olub.

Teleqraf İnformasiya Agentliyi Publika.az-ı təbrik edir, həmkarlarımıza yaradıcılıq uğurları arzulayırıq!