BAKI, 27 fevral. TELEQRAF

Bu gün doğma yurduna yola salınan köç karvanı Kəlbəcər şəhərinə çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə köçürülən 118 nəfərdən ibarət 27 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.