BAKI, 25 fevral. TELEQRAF
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə aksiyası təşkil edilib.
Bu barədə Teleqraf-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Bildirilib ki, iştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
Qeyd edilib ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.