BAKI, 24 fevral. TELEQRAF
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycanda yeni təyin olunan müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ilə görüşüb.
Bu barədə Teleqraf-a komitədən məlumat verilib.
Bildirilib ki, görüşdə Anar Quliyev qonağa Azərbaycanın milli prioritetləri və BMT-nin "Dayanıqlı İnkişaf Məqsədləri"nə uyğun olaraq post-münaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərində əldə olunan irəliləyişlərdən bəhs edib.
Həmçinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması və may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq barədə ətraflı məlumat verilib.