BAKI, 20 fevral. TELEQRAF
Azərbaycanda bir qrup hakim təltif edilib.
Teleqraf-ın xəbərinə görə, bu barədə Azərbaycan Hakimlərin ikinci Forumunda bildirilib.
Qərarlarının sabitlik göstəricilərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin hakimləri Günay Axundova, Əli Məmmədov, Leyla Əliyeva, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Toğrul Axundov, Gəncə Şəhər Məhkəməsinin hakimi Camal Quliyev, Nəsimi Rayon Məhkəməsinin hakimimElməddin Hüseynov, Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov, Gəncə Kommersiya Məhkəməsininin hakimi Gülnaz Quliyevaya mükafatlar təqdim olunub.