SUMQAYIT, 20 fevral. TELEQRAF
Birinci Qarabağ müharibəsində itkin düşmüş Mehriban Arif qızı Qarayeva dəfn olunub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş Mehriban Arif qızı Qarayeva vida mərasimi keçirilir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onun nəşi Sumqayıt şəhəri Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Xatırladaq ki, Mehriban Quliyeva 1970-ci ilin martın 27-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.