BAKI, 5 fevral. TELEQRAF

Xarici ölkələrdə orta ümumtəhsil müəssisəsini bitirən abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün qeydiyyatı fevralın 18-dən martın 5-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf-a bildirilib ki, bu kateqoriyaya aid şəxslər ümumi qaydada elektron ərizə doldurmalı və qəbul elanında göstərilən tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Sənədlər DİM-də və ya Mərkəzin regional bölmələrində yaradılmış Sənədlərin Qəbulu Komissiyalarından (SQK) hər hansı birinə təqdim oluna bilər.