BAKI, 4 fevral. TELEQRAF

Yanvar ayı ərzində ümumilikdə 30-a yaxın transplantasiya əməliyyatı icra olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əməliyyatların əksəriyyəti böyüklər üzərində həyata keçirilib.