BAKI, 22 yanvar. TELEQRAF
"46 günlük əmək məzuniyyəti anlayışı yeni deyil və Əmək Məcəlləsinin 120-ci maddəsində bu barədə maddə nəzərdə tutulub".
Teleqraf xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, azı 46 təqvim günü əmək məzuniyyəti hüququ olan işçilərin dairəsi genişləndirilib.
"Yeni tənzimləməyə əsasən, bu məzuniyyətdən istifadə hüququ olan şəxslərin siyahısına əlavə kateqoriyalar daxil edilib", - o vurğulayıb.