BAKI, 5 yanvar. TELEQRAF

2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 4963 piyada əleyhinə mina aşkarlanıb.

Bu barədə Teleqraf-a Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, bundan başqa 1861 tank əleyhinə mina aşkarlanıb və zərərsizləşdirilib.

Partlamamış hərbi sursat isə 52392 olub.