BAKI, 30 dekabr. TELEQRAF

2025-ci ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1198 olub.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğın hadisələri zamanı 32 nəfər həlak olub, 132 nəfər xəsarət almış, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 2%, xəsarət alanlar üzrə 30 nəfər və ya 19% azdır