BAKI, 12 dekabr. TELEQRAF
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il keçir.
Teleqraf xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər səhər saatlarından onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev olub.
Ziyarət edənlər arasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, səhiyyə naziri Teymur Musayev, gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, xarici işlər nazirinin muavini Yalçın Rəfiyev, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da yer alıb.
.jpg)
.jpg)


.jpg)

.jpg)