BAKI, 5 dekabr. TELEQRAF
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunanların sayı 18 (13 nəfər qadın cinsi, 5 nəfər kişi cinsi olmaqla) nəfərə çatıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətə əlaqələr üzrə mütəxəssisi Leyla Nəsirova məlumat verib.
O bildirib ki, xəstəxanaya hospitalizasiya olunan 17 nəfərdən sonra kişi cinsli bir uşaq daha hospitalizasiya olunub.
"Zəhərlənmə əsasən 5-7-ci sinif şagirdləri arasında olub, vəziyyətləri yüngüldür", - o əlavə edib.
Məryəm Surxay
***
16:05
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
***
15:46
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər:
"Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır".