BAKI, 3 noyabr. TELEQRAF
Ağdam şəhərinə ilk köç başlayır.
Teleqraf xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdam şəhərinə qayıdışla bağlı ilk püşkatma mərasimi keçirilib.
Püşkatmada Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.