BAKI, 30 oktyabr. TELEQRAF
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Fikrət Abbas oğlu Əzizov dəfn edilib.
Teleqraf xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Onun nəşi Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığında torpağa tapşırılıb.
***
13:46
Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Fikrət Abbas oğlu Əzizovun dəfn mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Onun nəşi torpağa tapşırılmaq üçün Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığına gətirilib.
Xatırladaq ki, Fikrət Əzizov 1961-ci il yanvarın 13-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub.
O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.