BAKI, 29 oktyabr. TELEQRAF

Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Qocalmanın fiziologiyası” laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Çingiz Qasımov vəfat edib.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

O, 77 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.