BAKI, 13 oktyabr. TELEQRAF

Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin üçüncü rübü (iyul, avqust və sentyabr ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Bu barədə Teleqraf-a Şuradan məlumat verilib.

Bildirilib ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

21,8 % - informasiya və analitik proqramlar
17,2 % - musiqi və əyləncəli proqramlar
15,9 % - idman proqramları
15,2 % - bədii filmlər və seriallar
10,0 % - reklam məzmunlu materiallar
8,1 % - mədəni-maarif janrında proqramlar
3,6 % - anonslar və elanlar
3,3 % - sənədli film və materiallar
2,3 % - sosial proqramlar
1,4 % - sosial çarxlar
1,2 % - uşaq proqramları və cizgi filmləri