BAKI, 30 sentyabr. TELEQRAF

"Karbon qazlarını azaltmaq üçün birlikdə addımlar atmaq lazımdır".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, karbon qazlarının havaya atılmasını dərhal dayandırmaq vacibdir: “İqlim dəyişikliyini sürətləndirən əsas səbəblərdən biri karbon qazıdır. Buna görə də birlikdə islahatlar lazımdır.

Həmçinin təhsil sisteminə sərmayə qoymaq çox önəmlidir. Çünki bu, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə fəallığını artırmaq vacibdir”.

Muxtar Babayev əlavə edib ki, səhiyyə də iqlim məsələlərində mühüm rol oynayır: “Təkcə təhsildə deyil, səhiyyə sahəsində də əməkdaşlıq gücləndirilməlidir”.