BAKI, 1 avqust. TELEQRAF
Sabah ölkə ərazisində meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidətindən məlumat verilib.
Bildirilib ki, avqustun 2-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.