BAKI, 14 iyul. TELEQRAF

“Yalnız attestatla qəbul imkanı bu il müəyyən ixtisaslar üzrə təqdim edilmədi. Həmin ixtisasların V ixtisas qrupuna daxil edilməsi nəzərdə tutulsa da, layihə həyata keçirilmədi”.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, ali təhsil müəssisələri bu təşəbbüsə etiraz ediblər: “Bildirdilər ki, bizim üçün abituriyentlərin həmin sahəyə dair ilkin biliklər əldə etməsi vacibdir”.