BAKI, 12 iyul. TELEQRAF

Bu gün səhər saatlarında İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələnin episentrdə maqnitudası 4 bala qədər, ətraf yaşayış məntəqələrində isə 3-4 bal gücündə hiss olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Teleqraf-a bildirilib ki, zəlzələ cüzi hiss edilib, hələki, dağıntı və ya xəsarət barədə heç bir müraciət yoxdur.

Qeyd olunub ki, sakinlərdən zərər barədə müraciət olacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.