BAKI, 4 iyun. TELEQRAF
Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb.
Teleqraf xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli AMEA-nın yaranmasının 80 illiyinə həsr olunmuş “Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransında deyib.
O bildirib ki, stansiyalardan bütün məlumatlar Seysmoloji Xidmət Mərkəzinə ötürülür.
"Gecə-gündüz növbətçilərimiz var, bütün məlumatlar ötürülür. Məlumatlar respublika ərazisində peyk vasitəsilə ötürülür", - Q.Yetirmişli qeyd edib.