XANKƏNDİ, 30 may. TELEQRAF
Xankəndi Azərbaycanda "xalis sıfır" öhdəliyi götürülən ilk ərazidir.
Teleqraf-ın Xankəndinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu İşçi Qrupun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov "Enerji təminatı məsələləri" üzrə İşçi Qrupunun iclasında jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu öhdəlik 2050-ci ilə qədər götürülüb.
"Qarabağda enerji təminatı gündəmdə olan əsas məsələdir. Atılan addımlar vətəndaşlarımızı keyfiyyətli enerji ilə təmin etməklə yanaşı, yaşıl enerji keçidini də nəzarətdə saxlamağa xidmət edir. Regionlararası münasibətlərə baxdıqda Qarabağ nəinki öz- özünü yaşıl elektronlarla təmin edir, hətta bunu ölkəmizin digər bölgələrinə də ötürür", - E.Sultanov qeyd edib.
Qeyd edək ki, "Xalis sıfır" anlayışı ilə atmosferə buraxılan qaz həcmində qazın azaldılması və bununla da ətraf mühitin qorunması nəzərdə tutulur.