BAKI, 27 mart. TELEQRAF

Martın 28-30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Qobustan, Hacıqabul, Xızı, Mingəçevir, Siyəzən, Şabran, Naftalan, Daşkəsən, Kəlbəcər, Zəngilan və Laçında cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.