BAKI, 19 mart. TELEQRAF

Bu il 85 mindən artıq uşağın avtomotik olaraq birinci sinfə qəbulu həyata keçiriləcək. Bu ilkin rəqəmlərdir. Həmin uşaqlar hazırda məktəbəhazırlıq qruplarında təhsil alırlar.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli feysbukda canlı yayımda deyib.

"Rus bölməsində təhsil almaq istəyən uşaqlar üçün müsahibə prosesi təşkil olunacaq. Bununla bağlı elanlar veriləcək".