BAKI, 19 mart. TELEQRAF

Sertifiaktlaşdırma imtahanında yüksək nəticə əldə edən müəllimlərin idarəetmə sisteminə yönləndirilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli feysbukda canlı yayımda deyib.

O bildirib ki, bu prosesdə yüksək nəticə əldə edən müəllimlər qiymətləndirilir.

"Ölkədə sertifikatlaşma prosesini uğurla tamamlayan müəllimlərin sayı 55 mindən artıqdır. Onların 17 mindən çoxu əməkhaqqını 35 faiz əlavə ilə, 38 mini isə 10 faiz əlavə ilə alır.

İkili ixtisası olan təhsilverənlərin bir fənn üzrə imtahandan keçməsi kifayətdir. Məsələn, fizika-riyaziyyat, kimya-biologiya, riyaziyyat-informatika kimi fənləri tədris edən müəllimlərin hər iki fəndən imtahan verməsi zərurət deyil. Müəllim bir fənn üzrə imtahan verdikdə, bu onun digər fənn üzrə də tədris etməsinə əngəl deyil", - N.İsmayılbəyli söyləyib.