
BAKI, 17 mart. TELEQRAF
“Dövlət İmtahan Mərkəzinin elektron korpusunda hər gün imtahan var. Artıq imtahanlar rəqəmsal formada keçirilir”.
Bunu Teleqraf-ın sualına cavab olaraq Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, Azərbaycan dili rus bölməsində dövlət dili kimi tədris olunur.
"Bu il bu imtahan kağız daşıyıcılarında olacaq, amma gələcəkdə biz bu imtahanı rəqəmsal şəkildə keçirməyi nəzərdə tutmuşuq. Dövlət qulluğuna qəbul imtahanı artıq rəqəmsal keçirilir. Addım-addım bu siyahını artıracağıq”, - DİM sədri əlavə edib.