
BAKI, 17 mart. TELEQRAF
“Doktorantura imtahanının ingilis dilində olması bizim qərar deyil. Biz bu qərarı icra edirik”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin idarə heyətinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə deyib.
“Elmlə məşğul olmaq yüksək vəzifədir. Hansısa elmi nəticəni dünyaya çatdırmaq üçün bizim elm xadimləri mütləq elmi dili bilməlidirlər”,- M. Abbaszadə qeyd edib.