BAKI, 27 fevral. TELEQRAF

Qərbi Azərbaycanla bağlı maarifləndirmənin aparılmasına böyük ehtiyac var. Hazırda dərsliklərimizdə Qərbi Azərbaycan mövzusu yox dərəcəsindədir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası üzvlərinin gənclərlə görüşü zamanı deyib.

"Bakı Slavyan Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycan mövzusuna xüsusi diqqət ayrılıb, bu mövzunu seçmə fənn kimi təqdim etmişik”,- o qeyd edib.