BAKI, 14 fevral. TELEQRAF
Həftənin ötən 5 günü ərzində meşə fondu torpaqlarında 181 mindən artıq ağac əkilib.
Bu barədə Teleqraf-a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
Onun sözlərinə görə, təkcə bu gün Ağcabədi, Tovuz, Şəki, Şabran, Sabirabad, Cəlilabad, Oğuz və Quba rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirləri zamanı ümumilikdə 25 770 ağac tingi əkilib.
“Həftənin ötən 5 günü ərzində isə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 81 ha meşə fondu torpağında meşə əkini işləri aparılıb, 181 290 ədəd müxtəlif cinsli ağac tingi əkilib”,- xidmət rəisi qeyd edib.
