BAKI, 10 fevral. TELEQRAF

Egey dənizində 4.8 maqnitudalı zəlzələ olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanın ocağı 7 km dərinlikdə yerləşib. Təbiət hadisəsi Bakı vaxtı ilə 14:23-də qeydə alınıb.