Xəzər Media Mərkəzində yayım dayandırılıb.

Teleqraf.com xəbər verir ki, səhər 06:00-dan başlayan fasilə 14:00-a qədər davam edəcək.

Şirkətin nəzdində fəaliyyət göstərən Araz FM-in də yayımı bir neçə saatlıq dayandırılıb. Belə ki, radio səhər saat 06:00-dan yayımlanmır və 15:00-a qədər davam edəcək.

Bunun profilaktik tədbirlə əlaqədar olduğu bildirilib.