Ötən il mənimsəmə və israfetmə cinayətləri artıb.
Teleqraf.com xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.
O bildirib ki, ötən il mənimsəmə və israfetmə cinayətlərinın sayı 262 olub, 2021-ci ildə isə 219 olub.
Baş prokuror qeyd edib ki, ötən il Azərbaycanda dələduzluq cinayətlərinin sayı azalıb: "Ötən il 3 414 cinayət faktı qeydə alınıb. 2021-ci ildə isə 4 246 cinayət faktı qeydə alınıb".
Kamran Əliyevin sözlərinə görə, Baş Prokurorluq tərəfindən ekologiya sahəsindəki qanun pozuntularına qarşı mübarizə gücləndirilib: "2022-ci ildə Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi, 124 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, 22 vəzifəli şəxs barəsində təqdimat verilib. Həmçinin, ekoloji hüquqpozlara dair məlumatlar araşdırılan zaman ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 486 min 621 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bununla yanaşı, kəsilmiş ağacların əvəzinə 493 min manat dəyərində yeni ağacların əkilməsi təmin olunub".