Bir qrup jurnalist işğaldan azad edilmiş Laçının Sus kəndində oldular.
Teleqraf.com xəbər verir ki, KİV təmsilçiləri ermənilərin dağıtdığı evlərdə oldular.
Kənddəki evlər və binaların demək olar ki,hamısını düşmən dağıdıb..
Düşmən kənddəki beton zavodunu da dağıdıb və meşə yandırılıb.
Hal- hazırda kənddə Azərbaycan Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Laçın Rayon Polis Şöbəsi əməkdaşları xidmət aparır.