2022-ci ilin I yarımilində “Çağrı Mərkəzi”nə 7721 müraciət daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun bu gün keçirilən kollegiya iclasında bildirilib.

2022-ci ilin birinci yarımilliyində “Çağrı Mərkəzi”nə 7721 müraciət daxil olub, vətəndaşlara 7425 müraciət üzrə müvafiq hüquqi izahlar verilib.

Müraciət edən vətəndaşların qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün 296 məlumat qeydə alınıb, araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmaqla 2 müraciət üzrə cinayət işi başlanıb.