Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Biliyinin qaz itkiləri 7,6 % təşkil edib.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2,2 % azalma qeydə alınıb.
Bu ilin mart ayında isə qurumun qaz itkilərinin həcmi 9 % təşkil edib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 1,8 % az olub.
Ruslan Əliyev qeyd edib ki, bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi satdığı təbii qazın yığım həcmi isə 95,4 % təşkil edib: "İlin ilk üç ayında yığımlar əhali sektoru üzrə 91,9 %, qeyri-əhali sektoru üzrə 97,9 % təşkil edib.
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə təbii qazın yığım səviyyəsi 18,8 % artıb. İllik müqayisədə əhali sektoru üzrə artım 2,8 %, qeyri-əhali sektoru üzrə isə illik artım 35,5 % təşkil edib.
Bu ilin mart təbii qazın ödənişlərinin yığımı 92 % təşkil edib ki, bu da 2021-ci ilin mart ayı ilə müqayisədə 9% çoxdur".