Xəbər verdiyimiz Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev tutduğu vəzifədən azad olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Cəlal İsayevə yeni vəzifə verilib.

O, Yoluxucu Xəstəliklər kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Faktı Azərbaycan Tibb Universiteti Teleqraf.com-a təsdiqləyib.

Qeyd edək ki, baş infeksionist vəzifəsinə Təyyar Eyvazov gətirilib.