BAKI, 27 oktyabr. TELEQRAF
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir.
Teleqraf xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, bu foruma gəldikdə, biz burada qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər haqqında danışırıq.