BAKI, 13 iyul. TELEQRAF
Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır: "Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları atmalı idik ki, dəhlizlər faydalı olsun".