BAKI, 7 iyul. TELEQRAF

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən bildirilib.

General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.