BAKI, 4 iyul. TELEQRAF

Rəqəmsal inkişaf bu gün bəşəriyyətin əsas inkişaf istiqamtlərindən sayılır. Hər bir ölkə bu sahədə özünün prioritetlərini müəyyənləşdirməyə və onun üstünlüklərindən istifadə etməyə çalışır. O cümlədən Azərbaycanda da bu istiqamətdə böyük işlər görür.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlətimizin bu məsələdə çox ciddi istəklərinin olduğunu göstərir:

“Buna qədər də dövlətimiz tərəfindən böyük işlər görülüb. Rəqəmsal inkişafa dair dövlət proqramının qəbul eidlməsi, elektron hökumət, “mygov” sistemində hər bir kəsin öz məlumatlarının axarı ilə tanış ola bilməsi də bu qəbildən olan məsələlərdir. Sözsüz ki, rəqəmsal inkişaf daim yenilənir. Bu yenilənməni ölkəyə gətirmək prioritet istiqamətlərdən sayılır.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu günlərdə yeni yaradılmış Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi, orada qaldırılan məsələlər göstərdi ki, Azərbaycan bu sahədə həm öz praktikasını formalaşdırır, eyni zamanda inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək fikrindədir”.

Aydın Mirzəzadə hesab edir ki, bu gün elə bir sahə yoxdur orada rəqəmsal inkişafdan , innovasiyadan istifadə edilməsin:

“Sünii intellekt sürətlə həyatımıza daxil olur. Onun nəticələri həyatımızı düzgün qurmağa və eyni zamanda problemləri həll etməyə kömək edir. Bu istiqamətdə Rəqəmsal İnkişaf Şurası birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın görəcəyi işləri bir daha müəyyənləşdirdi. Bu sahədə olan təcrübəmizinin artırılması, xarici təcrübənin Azərbaycana gətirilməsi, milli kadrların hazırlanması prioritet istiqamətlərdən hesab edilir.

Bu yeniliklərin həyatımıza gətirilməsi və möhkəmləndirilməsi eyni zamanda dövlətimizin, müstəqilliyimizin möhkəmlənməsi deməkdir”.