BAKI, 4 iyul. TELEQRAF
Azərbaycanın Xarici İşlər Nazirliyi ABŞ-ni Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bununla bağlı XİN-in rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda bildirilib ki, ABŞ Müstəqillik Gününü və ölkənin müstəqilliyinin 250 illiyini qeyd edir.
“Amerika Birləşmiş Ştatları Müstəqillik Gününü qeyd etdiyi və müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda, bu tarixi hadisə münasibətilə Amerika xalqını səmimi qəlbdən təbrik edirik.
4 İyul bayramınız mübarək və bu əlamətdar hadisə münasibətilə Amerika Birləşmiş Ştatları hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq!”, - paylaşımda qeyd olunub.