BAKI, 1 iyul. TELEQRAF
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin görüşündən paylaşım edib.
Teleqraf xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
"Azərbaycan-Aİ tərəfdaşlığı - üfüqdən o yana baxış", - o yazıb.
O, öz paylaşımında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə fotosunu da əlavə edib.
Azerbaijan- EU partnership - looking beyond horizons #EU @presidentaz @vonderleyen pic.twitter.com/3XTTR9dvrJ
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 1, 2026