BAKI, 12 iyun. TELEQRAF
"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan əleyhinə hibrid təhdidlərə qarşı əhalinin ayıqlığının artırılması" layihəsi çərçivəsində internet televiziyasında növbəti verilişini təqdim edir.
“PrimeTV Azərbaycan” internet televiziyasında yayımlanan verilişin aparıcısı, jurnalist Rusif Məmmədsoyun qonaqları Milli Məclisin deputatı Ceyhun Məmmədov və siyasi şərhçi Zaur İbrahimlidir.
Onlar çıxışlarında Azərbaycan əleyhinə həyata keçirilən hibrid təhdidlərin müxtəlif aspektlərinə aydınlıq gətirib, eyni zamanda təhdidlərin məqsədi, nəticələri və bu prosesdə maraqlı olan qüvvələr haqda geniş məlumat veriblər.
Verilişdə səsləndirilən fikirlərlə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.