BAKI, 26 may. TELEQRAF
Emmanuel Makron Fransanın Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etdirilməsinə dəstəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bunu Emmanuel Makron Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bəyan edib.
"Regionun bütün xalqlarının rifahı naminə yeni bir səhifə açmağa imkan verəcək Ermənistan və Azərbaycan arasında sülh prosesinin davam etdirilməsinə və başa çatdırılmasına Fransanın tam dəstəyini bir daha vurğulamaq istərdim".