BAKI, 7 sentyabr. TELEQRAF
Türkiyə ermənilərinin patriarxı arxiyepiskop Saak Məşəlyan Van vilayətində yerləşən Akdamar kilsəsində keçirilən illik liturgiyada Ermənistan-Türkiyə münasibətlərinin bərpası üçün dua oxunduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məşəlyan qeyd edib ki, dünya sülhü və xalqlar arasında qardaşlıq üçün edilən dualarla yanaşı, bu il Ermənistan-Türkiyə münasibətlərinin bərpası üçün də xüsusi dua oxunub: “Bu torpaqlarda yaşayan insanlar sülhə layiqdirlər. Allahdan xeyir-dua diləyirik”.
Liturgiyaya Türkiyə, Ermənistan, ABŞ, Avropa ölkələri və İrandan olan ermənilər qatılıblar. Ayini ABŞ-dəki erməni kilsəsinin rəhbəri yepiskop Mesrop Parsamyan idarə edib.