BAKI, 22 may. TELEQRAF
Milli Məclisin yaz sessiyası üzrə növbəti iclasının gündəliyi açıqlanıb.
Teleqraf xəbər verir ki, parlamentin 26 may tarixli iclasının gündəliyinə 13 məsələ daxil edilib.
Parlemtnin gündəliyə təklif edilən məsələlər məsələrdən biri də Bilal Mahir oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır.
Qeyd edək ki, Bilal Məmmədov hazırda Bakı Hərbi Məhkəməsində hakim vəzifəsində çalışır. O, bundan əvvəl də Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.