BAKI, 22 may. TELEQRAF
Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında qanun layihəsi parlamentin gündəliyinə daxil edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisi mayın 26-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Deputatların rəyi əsasında Ali Məhkəmənin hakimləri seçiləcək.
Məlumata görə, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Ali Məhkəməsinin hakimi təyin olunacaq.
Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək Ali Məhkəməyə hakim təyin olunacaq.